Rusiya və Ermənistan XİN başçıları Moskvada görüşəcəklər
"İrəvan Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun mayın 19-da Moskvada görüşəcəyini istisna etmir".
Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib .
Onun sözlərinə görə, görüş Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu çərçivəsində keçirilə bilər.
"Mayın 19-da baş tutacaq görüş dəqiqləşdirilib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil", - Hovhannisyan deyib.
Xatırladaq ki, mayın 19-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər orqanlarının rəhbərləri arasında danışıqlar aparılacaq.
Mayın 1-4-də nazirlər Vaşinqtonda görüşlər keçiriblər.
Əzizə






