Logo

"Arayikin kənarlaşdırılması üçün addımlar atılır, prosesə o rəhbərlik edir" - AÇIQLAMA

"Arayikin kənarlaşdırılması üçün addımlar atılır, prosesə o rəhbərlik edir " - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ iqtisadi rayonunda erməni icmasında separatçıların rəhbəri Arayik Arutunyanın kənarlaşdırılması istiqamətində addımar atılır. Prosesə Samvel Babayan rəhbərlik edir”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Samvel Babayan Arayikdən fərqli olaraq, Nikol Paşinyana yaxın şəxsdir:

“Onun erməni icmasının rəhbərliyinə gətirilməsi ilə Azərbaycanla dialoqda müəyyən irəliləyiş əldə edilə bilər.  Arayik Arutunyan birbaşa Kremlin təlimatları ilə hərəkət edir və onunla təmaslar Azərbaycan üçün qəbuledilməzdir. Hazırda Arayik Arutunyan və Ruben Vardayan Qarabağda reinteqrasiyaya mane olur və böhranın davam etməsində maraqlıdırlar. Samvel Babayanın Qarabağda icma rəhbərliyinə gətirilməsinə Azərbaycan etiraz etmir. Baxmayaraq ki, Babayan birinci Qarabağ müharibəsində Azərbaycana qarşı müharibədə fəal iştirak edib. Amma Arayik və Vardanyandan fərqli olaraq o, Azərbaycanla təmaslarda maraqlıdır”.

Ekspert bildirib ki, Samvel Babayan erməni icması rəhbərliyinə gələrsə, Qarabağda yaşayan ermənilərin bundan sonra status və digər imtiyazlar alması da mümkün deyil:

“Proseslər Azərbaycanın lehinə işləyir. Avropa İttifaqı və ABŞ da artıq ermənilərə hər hansı bir status verilməsi məsələsini qabartmır. Demək olar ki, Azərbaycanın şərtləri ilə razılaşıblar”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR