Hulusi Akardan Sinan Oğan və seçkilərin ikinci turu ilə bağlı suala CAVAB: “Bunlar siyasətin..."
Kateqoriya məlum deyil
Türkiyənin milli müdafiə naziri Hulusi Akar "ATA İttifaqı"nın namizədi Sinan Oğanın ikinci turda "Cümhur İttifaqı" ilə əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı açıqlama verib.
Sfera.az bildirir ki, nazir bu barədə AKP Kayseri vilayət təşkilatında keçirilən mətbuat konfransında danışıb.
O, fikirlərini bu cür ifadə edib: “Bunlar siyasətin aktor və faktorlarıdır. Bütün bu məsələlər siyasi tənlikdə hansısa şəkildə müzakirə edilər. Hər kəs ağlabatan və məntiqli şəkildə öz yerini alar. Bu mövzuda həm prezidentimiz, həm partiyamız lazımi təmasları və əlaqələri qurar, danışar, müzakiələr aparar, tədbirlər görər”.
Qeyd edək ki, Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.
Günay Rəsulqızı






