“Psixoloqların əksəriyyətinin özünə psixoloq lazımdır” – Siyavuş Novruzov
“Efirlərimiz biabırçı vəziyyətdədir! 70 yaşlı adamları evləndirir, boşandırırlar, efirə yaraşmayan mövzuları müzakirə edirlər”. Sfera.az xəbər verir ki, bunu Globalinfo-ya müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib. O, tənqidi fikirlərini belə davam etdirib: “Təsirlisi də odur ki, verilişlərin bu qədər tənqid olunmasına baxmayaraq, sayı gündən-günə artır. Bunun qarşısı alınmalıdır. İnanıram ki, Audiovizual Şura ciddi bir tədbir görəcək. Efir məhkəmə deyil, bazar deyil, başqa şey deyil.