ABŞ bu bəndi sülh müqaviləsinin mətninə salmağa çalışır – Bakının etiraz etdiyi QAFQAZ PLANI

ABŞ bu bəndi sülh müqaviləsinin mətninə salmağa çalışır – Bakının etiraz etdiyi QAFQAZ PLANI

“Vaşinqtonun Qarabağla bağlı mövqeyi situasiyanı gərginləşdirir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki,  ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninə Qarabağdan köçən ermənilərin qayıtmasını özündə ehtiva edən bəndin yer almasına çalışır:

 

“Vaşinqtonun planı Rusiya hərbiçilərini Qarabağdan çıxarmaqla öz qüvvələrini bura yerləşdirməkdir. ABŞ Cənubi Qafqazda yeni bir siyasi nizam qurmağa çalışır. Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh danışıqlarının Vaşinqton vasitəçiliyi ilə aparılmasına çalışır”.

 

Ekspert bildirib ki, Azərbaycan bir neçə ay bundan əvvələ qədər Vaşinqtonun və Brüsselin vasitəçiliyinə etimad edirdi:

 

“Lakin ABŞ və Avropa İttifaqının hazırkı siyasəti sülh prosesinə mane olur. Qərb Azərbaycanı Ermənistanla qarşılıqlı güzəştlər əsasında sülhə məcbur edir. Bu isə Azərbaycanın milli maraqlarına ziddir. Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət regional böhrana hesablanıb”.

 

Günay


OXŞAR XƏBƏRLƏR