"Ermənistanın yaydığı məlumat yalandır” - Müdafiə Nazirliyi

"Ermənistanın yaydığı məlumat yalandır” - Müdafiə Nazirliyi
Kateqoriya məlum deyil
T

“Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, - deyə məlumatda qeyd edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR