Ağdam günü - Gülər Mübariz yazır
Ağdamdan danışacağam bu gün. Həmin Ağdamdan ki erməni işğalından əvvəl 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşirdi. O Ağdamdan ki Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb, ilk şəhidimiz bu rayondan olub. O Ağdam ki Azərbaycanın on milyon əhalisinin döyünən ürəyi Qarabağın mərkəzində yerləşib, düşmənə çəpər olub, o qədər gözdağı,vahimə verib ki, əzəmət dolu şəhəri bir