Putinin Azərbaycanda narahatlıq yaradan açıqlaması – Hədəf nədir?
Rusiya Prezidenti Vladimir Putin çıxışında deyib ki, Ermənistanda Qarabağla bağlı gərgin vəziyyət yaranıb. Həmçinin qeyd edib ki, Qarabağdan Kreml yox, rəsmi İrəvan imtina edib. Ümumiyyətlə, Rusiya lideri “Ermənistan Qarabağdan imtina edib” fikrini dəfələrlə səsləndirib. Aydın məsələdir ki, Putin bununla topu Ermənistan hakimiyyətinin üzərinə atır və erməni ictimaiyyətindəki anti-Rusiya abu-havasını yumşaltmağa çalışır. Belə ki, Nikol Paşinyan dəfələrlə Rusiyanı 44 günlük müharibəni