“Azərbaycanla sülh sazişi imzalana bilər” – Nikol Paşinyan

“Azərbaycanla sülh sazişi imzalana bilər” – Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan  razılaşdırılmış prinsiplər təsdiqlənərsə, sülh sazişinin imzalana biləcəyini bəyan edib.

 

Sfera.az-ın məlumatına görə, Paşinyan sülh müqaciləsinin bağlanması üçün ilkin şərtləri açıqlayıb:

 

“Ölkələrin suverenliyi, nəqliyyat marşurutlarının açılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipləri ilə bağlı razılıq əldə olunarsa, 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Yuxarıda qeyd olunan üç prinsip Brüsseldə keçirilən üçtərəfli danışıqlar zamanı da müzakirə olunub”.

 

Paşinyan əlavə edib ki, dekabrın 13-də əsir mübadiləsinin aparılması sülh sazişinin imzalanması imkanlarını artırıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR