Daşkənddə 20 Yanvar şəhidlərinin xatirəsi yad olundu - FOTO
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı mərasim keçirilib. Mərkəzdən Sfera.az -a bildirilib ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları, yerli azərbaycanlılar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, müəllimlər, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin