Corc Dik 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Corc Dik 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir.

 

Sfera.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb.

 

O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”, - paylaşımda deyilir.

 

Səfir Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərkən çəkilmiş fotolarını da paylaşıb. Şəhidlər Xiyabanında o həmçinin Azərbaycanın iki Milli Qəhrəmanı - Albert Aqarunovun və Vahid Əzizovun məzarına da baş çəkib.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...