Azərbaycan xalqı növbəti 7 ildə də şəksiz lideri ilə bir yerdə olacaq
Ermənistan rəhbərliyi sülhə hazır olduğunu bəyan etsə də, atdığı addımlar bunu təkzib edir. Əgər sülh gündəliyi Ermənistan üçün, həqiqətən, prioritet olsaydı, o, müharibədən və ağır məğlubiyyətdən sonra yenidən militarizasiya yolunu seçməzdi. Aydındır ki, Ermənistan nə qardaş Türkiyə ilə, nə şimal, nə də cənub qonşumuza qarşı müharibə aparan deyil. Gürcüstanla isə elə bugünlərdə bütün sahələri ehtiva edən strateji əməkdaşlıq müqaviləsini imzalayıb. Deməli, genişmiqyaslı hərbiləşmə yolunu seçən