Rusiya səfiri Fransa XİN-ə ÇAĞIRILACAQ - Səbəb AÇIQLANDI

Kateqoriya məlum deyil
T
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.
Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Səbəb kimi Ukraynada iki ölkə vətəndaşının ölümü ilə bağlı xəbərlər irəli sürülüb.
“Fevralın 1-də Xerson vilayətində Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində iki fransız həlak olub, daha 3 nəfər yaralanıb. Buna görə də rəsmi Paris bazar ertəsi günü Rusiya səfirini çağıracaq", - agentlik bildirib.
Bundan əvvəl Fransanın xarici işlər naziri Stefan Sejournetin Kiyevdə iki Fransa vətəndaşının öldüyünü təsdiqləyib.
Günay






