Zelenski Zalujnını buna görə istefaya göndərmək istəyir -  “Politico”nun İDDİASI

Zelenski Zalujnını buna görə istefaya göndərmək istəyir -  “Politico”nun İDDİASI

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeriy Zalujnının yay əks-hücumunun uğursuzluğu ilə bağlı müsahibəsi Volodimir Zelenskini Qərb müttəfiqlərini Kiyevə yardımı davam etdirməyə inandırmağa məcbur edib. 


Sfera.az xəbər verir ki, bu barədə “Politico” Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

 

Nəşr qeyd edir ki, Zalujnının istefası Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə Qərb dövlətlərini Kiyevi maliyyələşdirməyi davam etdirməyə inandıra biləcək şəxsi seçmək istəyi ilə bağlı ola bilər.

 

Kiyevin meri Vitali Kliçko bir müddət əvvəl bildirib ki, Ukraynanın güc strukturlarındakı kastinqlər, xüsusən də ölkə lideri Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərmək istəyi Ukrayna Silahlı Qüvvələrinin uğuruna və ardıcıllığına töhfə vermək üçün əsas deyil. 

 

Bir gün əvvəl isə Ukraynanın “Ukrayinska Pravda” nəşri Valeri Zalujnı ilə birlikdə Ukrayna Ordusunun Baş Qərargah rəisi Sergey Şaptalanın da vəzifəsindən azad ediləcəyini bildirib.

 

Fevralın 3-də Ali Radanın deputatı Aleksey Qonçarenko deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının vəzifəsindən azad edilməsi məsələsi artıq həll olunub .

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR