Azərbaycan səfiri iordaniyalı nazirlə əməkdaşlıq perspektivlərini MÜZAKİRƏ ETDİ

Kateqoriya məlum deyil
T
Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov bu ölkənin sənaye və təchizat naziri, Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının həmsədri Yousef Mahmud Al Şamali (Yousef Mahmoud Al Shamali) ilə görüşüb.
Sfera.az xəbər verir ki, səfir bu barədə "X"də yazıb.
O bildirib ki, görüş çərçivəsində iki ölkə arasında ümumi maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.






