Gürcüstanda Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri KEÇİRİLDİ - FOTO
Fevralın 23-də Gürcüstanın paytaxtı Tbilisidəki “Cümə” məscidində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı anım tədbiri keçirilib. Sfera.az xəbər verir ki, məsciddə Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub. Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov xütbə oxuduqdan sonra cümə namazı qılınıb. Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, bu ölkədə yaşayan, işləyən, təhsil alan Türkiyə, Pakistan, İran, Əfqanıstan, Hindistan, Malayziya, Qazaxıstan, Rusiya,