Rusiyaya 500-dən çox sanksiya TƏTBİQ EDİLƏCƏK

Rusiyaya 500-dən çox sanksiya TƏTBİQ EDİLƏCƏK

ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiyanın tətbiq ediləcəyini açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib. Qeyd olunub ki, buna səbəb müxalifətçi Aleksey Navalnının ölümü və Ukrayna savaşıdır.

 

“Bu gün Rusiyanın Ukraynada keçirdiyi müharibəyə və Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiyalar elan edirəm. Biz, həmçinin, Rusiyanı dəstəkləyən 100-ə yaxın təşkilat üçün yeni ixrac məhdudiyyətləri tətbiq edirik”, - Bayden bildirib.

 

O, həmçinin qeyd edib ki, ABŞ Rusiyanın gəlirlərini daha da azaltmaq üçün tədbirlər görməyə çalışacaq. Bundan əvvəl Aİ Rusiyaya qarşı daha bir sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər 194 fiziki və hüquqi şəxsə şamil edilib. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, sanksiyalar ölkənin inkişafına mane olmur. Onun sözlərinə görə, onlar yerli şirkətlərə istehsalı genişləndirmək üçün stimul verir və ÜDM ildən-ilə artır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...