Azərbaycan nümayəndə heyəti xalq sənətinin təqdim edildiyi sərgidə - FOTOLAR

Azərbaycan nümayəndə heyəti xalq sənətinin təqdim edildiyi sərgidə - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Dohada Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində bu ölkənin xalq sənətinin təqdim edildiyi sərgidə olub.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

 

Qeyd edək ki, fevralın 21-də paytaxt Dohanın “Souq Waqif” bazar mərkəzində mədəniyyət günlərinin açılışı keçirilib. Bu məkan öz rəngarəng xalçalar və sənət əsərləri nümayiş olunan, küçə performansları ilə məşhur bir yerdir. Mədəniyyət Nazirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Azərbaycan xalçalarının sərgisi təqdim olunur. Sərgidə 15-ə yaxın unikal toxuma texnikası ilə ərsəyə gətirilən xalılar yer alıb. Qətərin Mədəniyyət Nazirliyinin rəsmiləri sərgiyə baxış keçiriblər.

 

Sərgi məkanında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında milli musiqi çələngi təqdim olunub. Daha sonra muğam üçlüyü və Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri sənətsevərlər qarşısında çıxış ediblər. Konsert Dohalı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Fevralın 22-də isə "Doha Ekspo 2023"də Azərbaycan Milli Günü təşkil olunmuşdu.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...