"Rusiya ilə NATO arasında münaqişə qaçılmaz olacaq" - Peskovdan AÇIQLAMA
“Qərbin silahlı qüvvələri Ukraynaya göndərilərsə, Rusiya ilə NATO arasında münaqişə qaçılmaz olacaq”. Sfera.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. “Bu halda biz ehtimaldan deyil, qaçılmazlıqdan danışmalıyıq. Bizə görə bu, belə qiymətləndirilməlidir”, - Peskov əlavə edib. Mətbuat katibi vurğulayıb ki, NATO ölkələri də öz hərəkətlərinin nəticələrini anlamalı və bunun öz vətəndaşlarının maraqlarına