"Rusiya ilə NATO arasında münaqişə qaçılmaz olacaq" - Peskovdan AÇIQLAMA

"Rusiya ilə NATO arasında münaqişə qaçılmaz olacaq" - Peskovdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Qərbin silahlı qüvvələri Ukraynaya göndərilərsə, Rusiya ilə NATO arasında münaqişə qaçılmaz olacaq”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

“Bu halda biz ehtimaldan deyil, qaçılmazlıqdan danışmalıyıq. Bizə görə bu, belə qiymətləndirilməlidir”, - Peskov əlavə edib.

 

Mətbuat katibi vurğulayıb ki, NATO ölkələri də öz hərəkətlərinin nəticələrini anlamalı və bunun öz vətəndaşlarının maraqlarına uyğun olub-olmaması sualına cavab verməlidir.

 

Qeyd edək ki, Slovakiyanın baş naziri NATO-nun Ukrayna münaqişəsində mümkün birbaşa iştirakı ilə bağlı xəbərdarlıq etmişdi. Fransa Prezidenti Emmanuel Makron isə Parisdəki çıxışında bu məlumatı təsdiqləyərək Qərb qoşunlarının Ukraynaya göndərilə biləcəyini demişdi.

 

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR