"200 ildən sonra bu addımı atırıq, Rusiyanın xoşuna gəlməyəcək" - İsveçin Baş naziri 

İsveçin Baş naziri Ulf Kristersson Rusiyanın Stokholmun NATO-ya üzv olmasını istəməyəcəyini deyib.

 

Sfera.az bu barədə CNN-ə istinadən xəbər verir.

 

“Rusiyaya gəldikdə, əminliklə gözləyə biləcəyimiz yeganə şey odur ki, İsveçin NATO-ya üzv olması onların xoşuna gəlməyəcək. Onlar həmçinin Finlandiyanın NATO-ya üzv olması ilə razılaşa bilməyiblər ”, - Kristersson bildirib.

 

Onun fikrincə, Rusiyanın NATO-nun genişlənməsini məhdudlaşdırmaq ambisiyaları əks nəticə verib:

 

“İsveç 200 illik bitərəfliyi və bloklara qoşulmamağı geridə qoyur. Bu, ciddi, eyni zamanda çox təbii qəbul edilməli bir addımdır. NATO-ya üzvlük o deməkdir ki, biz indi daha çox demokratiyaya qayıdırıq”.

 

Bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edib. Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə olub. NATO Baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR