"Yeni Türk Antiterror Mərkəzi yaradılsın" - Zahid Oruc
“Terrorun silahı Kalaşnikov avtomatı, bomba və raketlər deyil, nifrətin, xofun, daxili inamsızlığın artmasıdır, rəsmi hakimiyyətin yox, terror qruplarının mənəvi və siyasi hakimiyyətinin güclənməsidir”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib. “22 martda “Crocus City Hall”da baş verən qətliamın hərbi təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki, kütləvi qəsdin sifarişçiləri keçmiş sovet məkanında xaos yaymaq, dinlər