İlham Əliyev: "Qarabağı işğaldan azad etməyimiz bəzi qüvvələri narahat edib"

İlham Əliyev:

Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib.

 

Sfera.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

 

“Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, - deyə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir.

 

"Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir", - Prezident vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Fuad Babayevin məhkəməsi başladı - Hansı cəza veriləcək?

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəş...

Ağır qəzada ölən qohumların FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.   Sfera.az xəbər ver...

21 yaşlı hamilə qadının ölümünə görə ginekoloq məhkəmə QARŞISINDA

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon ...

"Kızılcık Şerbeti”nin aktrisasına 5 il həbs

"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun qız dostunu hədələdyi üçün mə...

Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.   Sfera.az xəbər verir ki,...

ABŞ-İran görüşü hansı tarixdə reallaşacaq? - AÇIQLAMA

“İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti raundunun vaxtı və yeri ilə bağlı hələlik razılıq əldə olunmayıb”.   Sfera.az...