Altı əsas ştatda Tramp Baydeni üstələyir - ABŞ-də sorğu NƏTİCƏLƏRİ

Altı əsas ştatda Tramp Baydeni üstələyir - ABŞ-də sorğu NƏTİCƏLƏRİ

ABŞ-nin ən nüfuzlu qəzetlərindən olan "Wall Street Journal"ın dərc etdiyi sorğu seçki öncəsi yenidən gündəmə gəlib. 

 

Sfera.az xəbər verir ki, 2024-cü ilin noyabr seçkilərinə aylar qaldığı halda qəzet ABŞ-nin keçmiş Prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampı 6 əsas ştatda lider kimi göstərib. Bu ştatlar 2020-ci il seçkilərində Baydenə prezidentliyi gətirib. Yeni sorğulara görə, Tramp indi prezidentliyi Baydenin əlindən ala bilər.

 

Sorğunun nəticələrinə əsasən, Tramp bu ştatları 2-8 xalla qazanır. Həmin 6 ştatdan biri olan Viskonsin mühüm ştatlar arasında 7-ci yerdədir. Burada yarışın rəqabətli olacağı düşünülür. Sorğunun nəticələrinə görə, Bayden bu ştatda 3 xal öndə olacaq.

 

Prezident Co Baydenin mümkün məğlubiyyətinin səbəbi ABŞ iqtisadiyyatının gedişatıdır. Bayden hökuməti artım rəqəmlərinin yüksəldiyini elan etsə də, seçicilər buna inanmır və inflyasiyanın artmasından şikayətlənirlər. Sorğuya görə, Baydenin işini müsbət hesab edənlər 16 bal azdır. Lakin 4 ştatda bu, 20 bala qədər yüksəlir.

 

Sorğu nəticələrinin Baydenin yaşı ilə də əlaqəsi var. Sorğuda iştirak edənlərin 48 faizi Trampı fiziki və əqli cəhətdən daha sağlam hesab edirlər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...