Sabah Zelenskinin səlahiyyət müddəti BAŞA ÇATIR: "Konstitusiyaya əsasən..."
Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır. Sfera.az bildirir ki, buna baxmayaraq Ukrayna lideri vəzifəsinin icrasına davam edəcək. “TASS” prezidentlərin konstitusiya müddətlərinin başa çatdıqdan sonra öz vəzifələrində qalmaları haqda hazırladığı materialda Zelenski ilə bağlı məsələyə də aydınlıq gətirib. Qeyd olunub ki, bu hallar, əsasən, vətəndaş müharibələri və digər münaqişələr zamanı baş verir. Agentlik bildirib ki, Ukraynada prezident