İran Prezidentinin səlahiyyətlərini o icra edəcək - FOTO

İran Prezidentinin səlahiyyətlərini o icra edəcək - FOTO

Helikopter qəzasında həlak olan İbrahim Rəisini əvəz edəcək şəxsin adı açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, İran Prezidentinin səlahiyyətlərini dövlət başçısının müavini Məhəmməd Möhbər icra edəcək.

 

“İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər yeni prezident seçkilərinə qədər 50 gün ərzində Rəisi vəzifəsini icra edəcək”, - “TasnimNews” bildirib.

 

Məlumata görə, bu cür kadr dəyişiklikləri İran Konstitusiyasında nəzərdə tutulub.

 

Belə ki, qanunlara əsasən, prezident istefaya getdiyi, xəstələndiyi və ya vəfat etdiyi halda onun səlahiyyətləri birinci müavinə keçir.

 

Xatırladaq ki, mayın 19-da Rəisinin də olduğu helikopter Azərbaycanın şərqində qəzaya uğrayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR