Tramp Baydenin narkotik testindən keçməsini TƏLƏB ETDİ

Tramp Baydenin narkotik testindən keçməsini TƏLƏB ETDİ

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyunda televiziya debatlarından əvvəl rəqibi Prezident Co Baydenin narkotik testindən keçirilməsini tələb edib.

 

Sfera.az bildirir ki, o, bu barədə Minnesotada qatıldığı şam yeməyində danışıb. Tramp qeyd edib ki, Baydenlə debatda məqsəd müzakirələrdir.

 

“Amma bunu edərkən mən də ondan narkotik testi tələb edəcəyəm. Onun xalqa müraciətində davranışı qəribə idi”, - sabiq Ağ Ev rəhbəri deyib.

 

77 yaşlı Tramp daha əvvəl radioya verdiyi müsahibədə 81 yaşlı Baydenin mart ayında illik "Birliyin Vəziyyəti" mövzusunda çıxışı zamanı narkotikin təsiri altında olduğunu iddia etmişdi. Nümayəndələr Palatasının Respublikaçı üzvü Qreq Mörfi isə Baydenin uzun nitq söyləmək üçün idrak qabiliyyətinin olmadığını müdafiə etmişdi. O bildirmişdi ki, həmin zaman ABŞ liderinə proqram boyu normal davranış üçün dərman verilməsi barədə dəlillər var.

 

Xatırladaq ki, Bayden və Tramp prezident seçkiləri öncəsi debatların iki raundunda iştirak etmək barədə razılığa gəliblər: 27 iyun və 10 sentyabr.

 

Keçmiş prezident raundların sayının artırılmasının tərəfdarı olduğunu bildirib, lakin Baydenin hətta debata gələcəyinə şübhə etdiyini bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR