Kamaləddin Qafarov: “İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur”

Kamaləddin Qafarov: “İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur”

 

“May ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyət kəsb edən hadisədir. Səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilib, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. Ən önəmli məqamlardan biri də budur ki, Azərbaycan ilə Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.”

 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
       

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Tacikistan münasibətlərinin yüksək qiymətləndirilməsi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir: “Öz çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan ilə Tacikistan arasında mövcud olan qarşılıqlı əlaqələrin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Məhz bu zəmin əsasında formalaşan dövlətlərarası münasibətlər hazırda ən yüksək səviyyəyə çatıb. Dövlət başçımız bu günlərdə keçirilən Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından kəsb etdiyi əhəmiyyəti də qeyd edib. Aparılan müzakirələrdə nəqliyyat sektoru xüsusi diqqət mərkəzimizdə olub. Azərbaycan və Tacikistan Prezidentləri Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçiriblər. Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycan-Tacikistan münasibətləri öz inkişafının yeni, daha yüksək mərhələsindədir və bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edir”.
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...