"O vaxta qədər Ukrayna mövcud olmayacaq" - Medvedevdən QƏRİBƏ AÇIQLAMA
“Ukrayna NATO-ya qəbulunun nəzərdə tutulduğu 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər”. Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. "Təsadüfi deyil ki, NATO-nun Baş katibi Yens Stoltenberq açıq şəkildə deyib ki, Ukrayna 2034-cü ildə alyansa qoşulsa, bu, müsbət ssenari olacaq. Bu o deməkdir ki, bu, heç vaxt olmayacaq", - Medvedev bildirib. “O vaxta qədər NATO-nun hazırkı liderlərindən heç biri öz vəzifəsində