Britaniyada Əliyev-Paşinyan görüşü olacaqmı?

Britaniyada Əliyev-Paşinyan görüşü olacaqmı?

Sabah Böyük Britaniyada Avropa Siyasi Birliyinin IV sammiti keçiriləcək. Tədbirə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan da daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın artıq Britaniyaya yola düşdüyü bildirilib.

 

Maraqlıdır, İlham Əliyev və Nikol Paşinyan Britaniyada görüşəcəkmi?

 

Sfera.az bildirir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, iyulun 17-dən 20-dək Paşinyan və xanımı Britaniya paytaxtında işgüzar səfərdə olacaqlar. Qeyd olunub ki, sammit çərçivəsində bir sıra xarici həmkarlarla ikitərəfli görüşlər nəzərdə tutulub. 

 

Digər tərəfdən, ötən il iyunun 1-də Kişinyovda oxşar sammit keçirilib və burada Avropa liderlərinin iştirakı ilə Nikol Paşinyanla İlham Əliyev arasında danışıqlar baş tutub. Lakin Britaniyadakı sammitdə İlham Əliyev və Paşinyanın görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Çexiya və Moldovada keçirilən sammitində iştirak edib. Azərbaycan Fransanın təxribatçı mövqeyinə görə, İspaniyada keçirilən sammitdə iştirak etməkdən imtina edib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR