Logo

"O vaxta qədər Ukrayna mövcud olmayacaq" - Medvedevdən QƏRİBƏ AÇIQLAMA

"O vaxta qədər Ukrayna mövcud olmayacaq" - Medvedevdən QƏRİBƏ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ukrayna NATO-ya qəbulunun nəzərdə tutulduğu 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər”.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Təsadüfi deyil ki, NATO-nun Baş katibi Yens Stoltenberq açıq şəkildə deyib ki, Ukrayna 2034-cü ildə alyansa qoşulsa, bu, müsbət ssenari olacaq. Bu o deməkdir ki, bu, heç vaxt olmayacaq", - Medvedev bildirib.

“O vaxta qədər NATO-nun hazırkı liderlərindən heç biri öz vəzifəsində qalmayacaq. Ola bilsin ki, Ukrayna artıq mövcud olmayacaq”,- Rusiya rəsmisi əlavə edib.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR