Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilanda birgə tədbir KEÇİRDİ
Zəngilan rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər. Hərbi Prokurorluğun mətbuat xidmətindən Sfera.az -a verilən məlumata görə, tədbirdə general-mayor Azad Abdullayev, Hərbi prokurorun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərəc Sayılov, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, eləcə də digər şəxslər çıxış ediblər.