Rusiyadan etiraf addımı - Cavanşir Feyziyev yazır…

Rusiyadan etiraf addımı - Cavanşir Feyziyev yazır…

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub. Bu Rusiya dövlət başçısının Bakıya hazırkı səfəri zamanı atdığı ən mühüm addımlardan biri idi.


Bu addım mahiyyət etibarilə SSRİ rəhbərliyinin və şəxsən SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun Azərbaycana qarşı ədalətsiz münasibətinin və cinayətkarlığının etirafı idi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olması barədə əmri məhz Qorbaçov vermişdi. Həmin əməliyyat nəticəsində respublikamızın müxtəlif millətlərdən olan 170 vətəndaşı həlak olmuşdur ki, bunların da əsas hissəsi qocalar, qadınlar, uşaqlar idi.

 

Əslində, Vladimir Putinin bugünkü addımı həmin cinayəti mühakimə etdiyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramı özündə ehtiva edirdi. Bu həm də SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun yalnış siyasətinin və cinayətkarlığının günahı ucbatından Ermənistan-Azərbaycan münaqişəsinin alovlandırılmasının etirafı idi.

 

Ümumiyyətlə, Rusiya Prezidentinin Bakıya səfərini və bu səfərin nəticələrini qiymətləndirərək birmənalı olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin parlaq xarici siyasət xətti həyata keçirilir. Ölkəmiz ərazi baxımından o qədər böyük olmasa da, təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da mühüm rol oynayır. Azərbaycan həm Rusiya, həm də Avropa İttifaqı ilə praqmatik münasibətlər qurub, Köhnə Dünyanın enerji təhlükəsizliyini təmin edib. Azərbaycan xarici qüvvələrin regionumuzu idarə olunan xaos uçurumuna salmaq planlarına qarşı durur. Biz Azərbaycan vətəndaşları olaraq bunu yüksək qiymətləndirməliyik və məhz buna görə gələcək nəsillər həmişə minnətdar olacaqlar.

 

Cavanşir Feyziyev
Fəlsəfə doktoru


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...