Logo

Bakıda Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi BAŞLADI - FOTO

Bakıda Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi BAŞLADI - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 19-da Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub.

Sfera.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Rusiya Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Putinə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Sonra prezidentlər rəsmi foto çəkdiriblər.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR