Bu şəxslər 10 il müddətinə həbs olunacaq - Prezident TƏSDİQLƏDİ
Prezident İlham Əliyev ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini təsdiqləyib. Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib və bu cinayəti törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaq. Dəyişikliklə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin,