""Time" jurnalının Azərbaycan liderini və xalqını 2024-cü ilin qalibi elan etməsini gözləmirik" - Zahid Oruc
“İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib. “1927-ci ildən başlayaraq, nüfuzlu “Time” jurnalı" İlin Adamı"nı elan edir. 100 illik mükafatçılar sırasında Ruzvelt, Stalin, Çan Kayşi və onlarla dövlət rəhbərləri ilə yanaşı, İraqa və Əfqanıstana qoşun yeridən liderlərin də