"Rusiya və Əsəd itirəcək, İran çətin vəziyyətə düşəcək..." - Suriyadan kim qazanclı çıxacaq?
Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini ələ keçirib. Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Hamadan sonra hadisələr təkcə Əsəd üçün deyil, Rusiya üçün də təhlükəli ssenari üzrə cərəyan edə bilər: “Çünki növbədə Homs şəhəridir. Bu şəhər Əsədin nəzarətindən çıxarsa, bunun regional geosiyasət baxımından strateji xarakterli nəticələri olacaq. Əvvəla, bu halda dənizə çıxışını itirəcək rejimin taleyi tükdən asılı vəziyyətə düşəcək, Latakiya və