Prezident Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Sərəncamda qeyd olunub ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu