Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı

Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı

Xarici işlər naziri Ceyhun Bayramovla latviyalı həmkarı Baiba Braje arasında telefon danışığı baş tutub.

 

XİN-dən Sfera.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

 

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

 

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR