Deputat: “Gürcüstandakı Azərbaycan məktəblərində kadr çatışmazlığı var”
Gürcüstanın Marneuli rayonunda qadınların problemləri, təhsillə bağlı müzakirələr aparılıb. APA -nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə müxtəlif strukturlarda çalışan qadınlar, o cümlədən müəllimlər, həkimlər və həmçinin azərbaycanlı tələbə qızlar, orta məktəb şagirdləri iştirak ediblər. Tədbirdə Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani də iştirak edib. R.Hacıyev Gürcüstan cəmiyyətində qadınların rolunun böyük olduğunu bildirib: "Qadınların rolu böyük