Logo

Moskvanın daha bir aeroportundan Bakıya uçuşların CƏDVƏLİ

Moskvanın daha bir aeroportundan Bakıya uçuşların CƏDVƏLİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın "İkar" aviaşirkəti 2017-ci il martın 14-dən başlayaraq Moskvanın "Jukovski" Beynəlxalq Hava Limanından Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Verilən məlumata görə, "İkar" aviaşirkəti fevralın 13-dən martın 25-dək qış mövsümü çərçivəsində Bakıya uçuşlar keçirməli idi.

Lakin yanvarın 30-da aviaşirkətin reysləri bir ay müddətinə təxirə salması barədə məlumat daxil oldu.

Beləliklə, martın 14-dən başlayaraq "İkar" həftədə 4 dəfə uçuşlar həyata keçirəcək. Martın 26-dan isə, yay mövsümü başladıqdan sonra uçuşlar hər gün həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR