Trampdan KRİTİK AÇIQLAMA - İlk dəfə bu qədər açıq danışdı
Siyasət
16:31 / 10.02.2017
1545
İsrailin Hayom qəzetinə müsahibə verən ABŞ prezidenti Donald Tramp qeyri-qanuni yəhudi məskunlaşmaları və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıb.
Milli.Az xəbər verir ki, Tramp Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Tramp plan üzərində çalışdığını və bunun asan bir qərar olmadığını söyləyib.
O, bundan əlavə, İsrailin qeyri-qanuni məskunlaşma yerlərində tikinti aparmasını sülh üçün təhlükə adlandırıb.
Bu, Trampın 20 yanvarda and içərək vəzifəsini icra etməyə başladığı müddətdən bəri bu mövzuyla əlaqədar etdiyi ən açıq şərh olub.