Əli Əhmədov: \"Azərbaycan dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir\"

Əli Əhmədov: \

"Azərbaycan qloballaşan dünyanın bir hissəsidir və dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın BMT-nin 2016-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmasının çox ciddi səbəbləri var. Baş nazirin müavini bildirib ki, dünya sürətlə dəyişir və bu baxımdan Azərbaycanın bu proqrama qoşulması tamamilə təbiidir:

"Güman edirəm ki, 2030-cu ilə qədər bu layihədə iştirak edərək hesabatlar hazırlayacağıq. Bu istiqamətdə bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, vəzifələrimizin öhdəsindən layiqincə və vaxtında gələcəyik. 2017-ci ilin may ayında biz ilk könüllü hesabatı təqdim etməliyik. Ona görə də könüllü hesabatın hazırlanması istiqamətində işləri sürətləndirməliyik. Bu bizim BMT qarsınıda layihə ilə bağlı verəcəyimiz ilk hesabat olacaq".

Ə.Əhmədov bildirib ki, BMT tərəfindən Azərbaycanda bu proqramla bağlı görülən işlər yüksək qiymətləndirilib.


OXŞAR XƏBƏRLƏR

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul etdi - FOTOLAR

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.   Sfera.az xəbər veri...

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə...

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Ölkənin birinci bankı “Kapital Bank” gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təş...

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.  ...

Bu malların bahalaşması Azərbaycanın ixracını ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz malları kəskin şəkildə bahalaşıb.   Sfera.az xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiym...

Zakir Həsənov türkiyəli generalla görüşdü- VİDEO

Dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları kom...