Erməni qadınlar Bakıya gəlmək istəyir – Video
Bakıda yaşamış yaşlı ermənilərin çoxu kimi Marqo Abramyan da bir az rusca, bir az Qarabağ ləhcəsində ermənicə danışır. Yəqin ki, bir az da Azərbaycan dilini bilir. Sfera.az xəbər verir ki, o, BBC News Azərbaycancaya deyir ki, Ermənistana "60 yaşında gəlib, artıq 90 yaşı var, hələ öz evi yoxdur. İstəyir ki, öz evi olsun. "Təmizləsin, bəzəsin və yaşasın". Marqo Abramyan Ermənistana köçməzdən əvvəl əriylə Bakıda iki otaqlı mənzildə yaşayıb. Övladlarının da Bakıda ayrıca evləri olub.