Logo

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M. Pənahov bildirib ki, müraciət edənlərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”. /APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR