Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI

Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI

Bu il Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə təqdim olunacaq.

Sfera.az-ın məlumatına görə, Nazirlər Kabineti hər il fəaliyyəti haqqında Milli Məclisin yaz sessiyasında parlamentə hesabat verir.

Hesablama Palatası isə öz işi barədə Milli Məclisə iki dəfə (yaz sessiyasında - aprelin 15-dən gec olmayaraq) və payız sessiyasında - oktyabrın 15-dən gec olmayaraq hesabat verir.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununa görə, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Prezidentə illik məruzəni təqdim edir. Həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatını Baş nazir Əli Əsədov təqdim edəcək. Bu, Baş nazir kimi onun parlament qarşısında ilk hesabatı olacaq.

Ombudsman Səbinə Əliyeva da bu vəzifədə ilk hesabatı parlamentə təqdim edəcək.

Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatordur. O da Milli Koordinator kimi ilk hesabatını təqdim edəcək.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini isə Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsində yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə bağlı müddəalar yer alıb.

Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...