79 yaşlı millət vəkili 6-cı dəfə namizədliyini irəli sürdü - YAP-a rəqibdir

79 yaşlı millət vəkili 6-cı dəfə namizədliyini irəli sürdü - YAP-a rəqibdir

Bitərəf deputatlardan daha biri-akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, sabiq birinci vitse-spiker və eks birinci vitse-premyer Ziyad Səmədzadə imza vərəqələrini namizədliyini yenidən irəli sürdüyü dairənin Seçki Komissiyasına təhvil verib.

Sfera.az  xəbər verir ki, Z. Səmədzadə hazırda parlamentdə təmsilçisi olduğu dairədən - 23 saylı Nəsimi-Səbail dairəsindən seçkilərə qatılıb.

Qeyd edək ki, Z. Səmədzadə 6-cı dəfədir seçkilərə qatılıb və 4 dəfə millət vəkili seçilib.

O, bir dəfə sovetlər dövründə deputat olub, son 3 çağırışda da  Milli Məclisdə (MM) Bakını təmsil edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb. Z. Səmədzadənin namizədliyinin qeydə alınması məsələsinə sabah, yanvarın 3-də Dairə Seçki Komissiyası (DSK) tərəfindən qərar veriləcək. (etikxeber)


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...