Erməni qadınlar Bakıya gəlmək istəyir – Video

Erməni qadınlar Bakıya gəlmək istəyir – Video

Bakıda yaşamış yaşlı ermənilərin çoxu kimi Marqo Abramyan da bir az rusca, bir az Qarabağ ləhcəsində ermənicə danışır. Yəqin ki, bir az da Azərbaycan dilini bilir.

Sfera.az xəbər verir ki, o, BBC News Azərbaycancaya deyir ki, Ermənistana "60 yaşında gəlib, artıq 90 yaşı var, hələ öz evi yoxdur. İstəyir ki, öz evi olsun. "Təmizləsin, bəzəsin və yaşasın".

Marqo Abramyan Ermənistana köçməzdən əvvəl əriylə Bakıda iki otaqlı mənzildə yaşayıb. Övladlarının da Bakıda ayrıca evləri olub.

"Erməni-azərbaycanlı davası" barədə deyir ki, barışığın olub-olmayacağını bilmir.

Ancaq bildirir ki, "azərbaycanlılarla xoş söz-söhbətlə, mehriban… dinc, rahat yaşayıblar".

" Xəstələnib, xəstəxanaya düşmüşdüm. Bu yanda azərbaycanlı qadın, bu yanda mən yatırdım. O, acıtərənin kökünü - qalın yerini qırıb özü yeyirdi, yumşaq yerini mənə verirdi ki, dişlərin yoxdur, sən ye".

"Mən istəyirəm sülh olsun, həm bizim üçün, həm də onlar üçün", - Marqo Abramyan danışır.

Digər bir Azərbaycandan Ermənistana getmiş Janna Mnatsakanova isə deyir ki, Bakıda 4-cü mikrorayonda yaşayıb, bağçada tərbiyəçi işləyib.

O da Bakıda yaşadığı son günlərin çətinliyini və azərbaycanlı tanışlarının alicənablığını xatırlayır.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...