Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Ferit Hoxha ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb. "C. Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və bu mühüm vəzifədə ona uğurlar arzulayıb", - məlumatda bildirilib. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Fikir mübadiləsi siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi,