Parlamentdə TƏKLİF: "Bu işçi qrupun fəaliyyəti dayandırılsın"
"Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir". Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür: "Qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad